Çempionlar Liqası: “Bavariya” sensasiyaya imkan vermədi, PSJ Mbappenin dublu ilə sevindi - VİDEO

6-03-2024, 16:14           
Çempionlar Liqası: “Bavariya” sensasiyaya imkan vermədi, PSJ Mbappenin dublu ilə sevindi - VİDEO
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

İlk oyun günündə iki matç keçirilib.

Almaniya çempionu “Bavariya” İtaliya “Latsio”sunu qəbul edib. Romadakı ilk görüşdə italyanlar gözlənilmədən qələbə qazansalar da (1:0), Münhen təmsilçisi doğma meydanda sensasiyaya imkan verməyib və 3 cavabsız qol vurmaqla cütün taleyini həll edib - 3:0 (3:1). Dubla imza atan Keyn komandasının uğurunda böyük pay sahibi olub.
Digər oyunda Fransanın PSJ kollektivi İspaniyada “Real Sosyedad”la qarşılaşıb. İlk görüşdə 2:0 hesabıyla qalib gələn Paris klubu səfər matçında da üstün olub. Mbappenin dublu qonaqların mərhələ adlamasına şərait yaradıb - 1:2 (1:4).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru