La Liqa: “Barselona” üç xalı tək qolla aldı - VİDEO

9-03-2024, 16:34           
La Liqa: “Barselona” üç xalı tək qolla aldı - VİDEO
İspaniya La Liqasında 28-ci tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk matçda “Barselona” “Malyorka”nı qəbul edib.

Estadio Olimpikodakı oyun ev sahiblərinin üstünlüyü ilə keçib.

İlk hissədə Gündoğan penalti fürsətindən yararlana bilməyib. Lakin ikinci hissədə Yamal katalonları sevindirib. Qarşılaşma elə bu nəticə ilə də başa çatıb - 1:0.
Hazırda Xavinin yetirmələri 61 xalla ikinci yerdə qərarlaşıblar. 27 xala malik “Malyorka” isə 15-cidir. La Liqaya 66 xalla “Real Madrid” başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru