Yurgen Klopp dünyanın ən yaxşı məşqçisini AÇIQLADI

9-03-2024, 16:23           
Yurgen Klopp dünyanın ən yaxşı məşqçisini AÇIQLADI
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatının 28-ci turu çərçivəsində martın 10-da baş tutacaq oyun öncəsi “Mançester Siti”yə rəhbərlik edən ispan mütəxəssis Xosep Qvardiola haqda fikirlərini bölüşüb.

“Pep dünyanın ən yaxşı məşqçisidir. Mənim həyatımda gördüyüm ən görkəmli mütəxəssisdir. O, çoxlu kuboklar qazanıb, lakin özünü heç vaxt heç nə qazanmamış kimi aparır, sadəlik nümayiş etdirir”, - deyə o bildirib.

Xatırladaq ki, “Liverpul” - “Mançester Siti” matçı Liverpulun “Enfild” stadionunda baş tutacaq.
Premyer Liqanın 27 turundan sonra “Liverpul” 63 xal toplayıb və birinci yerdədir. Öz növbəsində “Mançester Siti” 62 xal toplayıb və ikinci pillədə qərarlaşıb.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru