"Bayer-04" "Köln"lə oynayarkən belə çətinlik çəkməmişdi... - Almaniya mətbuatı Alonsoya qəzəblidi

9-03-2024, 12:47           
"Bayer-04" "Köln"lə oynayarkən belə çətinlik çəkməmişdi... -
"Sport.de" nəşri Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qarabağ" - "Bayer-04" (2:2) oyununu şərh edib.

"Football-plus.az" xəbər verir ki, Almaniya nəşri matçı belə dəyərləndirib:

"Qarabağ"la heç-heçə edən "Bayer-04" ilk hissədəki performansıyla diqqətiçəkdi. Meydanda çətinlik çəkən qonaqların baş məşqçisi Xabi Alonso təəccüblü şəkildə özünü tənqid edirdi. Təəssüf ki, o, bunun səbəbini daha ətraflı izah etmək istəmədi".

Nəşr Xabi Alonsonun "etdiklərimin səhv olub-olmadığını bilmirəm. Əlbəttə, nəticədən sonra əksəriyyətiniz səhv etdiyimi deyəcək. Amma nəzərə alın ki, üç turnirdə mübarizə aparırıq və həmişə eyni futbolçuların xidmətindən yararlana bilmərik" sözlərini belə şərh edib:

"İspaniyalı cazibədar təbəssümlə səhvini gizlətməyə çalışır. Danış, Alonso, aramızda qalacaq! "Bayer-04" "Köln"lə oynayarkən belə çətinlik çəkməmişdi... Baş məşqçi bəzən heyətdə riskli dəyişikliklər edir və həmişə işə yarayır. Bu dəfə isə istədiyini ala bilmədi. Qazanc məğlubiyyətsizlik seriyasını qorumaq oldu. Özümüzü aldatmayaq. Bu seriya heç Alonsonun da vecinə deyil. O, bunun pozulmasından çəkinmir... Həqiqətən Bakı üçün nəzərdə tutulan hədəf bu idi? "Bayer-04" cari mövsümün ən pis birinci hissəsini keçirdi. "Futbol ili"nin 100-cü qolu? Uğurludu! Bakıda məğlub olmamaq... Buna nə ad verə bilərik? Sizi qane edəcəksə... Afərin, Alonso!"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru