Bəhram Rəcəbzadə yarımfinalda məğlub oldu - YENİLƏNİB + VİDEO

10-03-2024, 11:24           
Bəhram Rəcəbzadə yarımfinalda məğlub oldu - YENİLƏNİB + VİDEO
Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə (+95 kq) Niderlandda baş tutan “Glory” Qran-prisində yarımfinalda növbəti döyüşə çıxıb.

Oxu.Az xəbər verir ki, idmançımız yarımfinalda niderlandlı idmançı Levi Reyterslə qarşılaşıb.

Gərgin keçən döyüşdə Bəhram Rəcəbzadə rəqibinə xal hesabı ilə uduzub.

Məlumat üçün bildirək ki, “Glory” Qran-prisinin mükafatı 500 000 ABŞ dollardır.


00:06

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə (+95 kq) Niderlandda baş tutan “Glory” Qran-prisində rəqibi nigeriyalı Tariq Osaro üzərində qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, 1/4 final mərhələsində keçirilən döyüş azərbaycanlı idmançının üstünlüyü şəraitində keçib.

Bəhram Rəcəbzadə yarımfinalda Levi Reyters (Niderland) - Uku Djurzendal (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Məlumat üçün bildirək ki, “Glory” Qran-prisinin mükafatı 500 000 ABŞ dollardır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.