Ronaldu çempionatın matçındakı penaltini ələ salıb

10-03-2024, 12:24           
Ronaldu çempionatın matçındakı penaltini ələ salıb
“Ən-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının futbol çempionatının 23-cü turunda “Ər-Riyad”la oyunda “Əl-Hilal”ın xeyrinə penalti təyin edilməsini ələ salıb.

66-cı dəqiqədə qonaqların oyunçusunun rəqibin cərimə meydançasında yıxılmasından sonra hakim “Ər-Riyad”ın qapısına penalti təyin edib, amma meydan sahiblərinin müdafiəçisi ilə heç bir təmasın olmaması aşkar görünüb. Penaltini qonaqların heyətində Ruben Neves qola çevirərək hesabı bərabərləşdirib.

Ronaldu bu epizodun videosunu çoxlu gülüş emojiləri ilə şərh edib.
Matçın sonunda “Əl-Hilal” 3:1 hesabı ilə qalib gəlib.

Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.