Təcavüzdə günahlandırılan Alveş həbsxanada intihar edib?

10-03-2024, 15:04           
Təcavüzdə günahlandırılan Alveş həbsxanada intihar edib?
Braziliya millisində çıxış etmiş futbolçu Dani Alveşin intihar etməsilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Ölüm xəbərini futbolçunun qardaşı Ney Alveş təkzib edib.

“Artıq onu məhkum etmisiniz, o artıq həbsdədir. İndi də onun öldüyünü görmək istəyirsiniz? Atamın 70-dən, anamın 60-dan yuxarı yaşı var. Sizin ailəniz yoxdur? İndi də belə məlumatları yaymağa davam edirlər”, - Ney bildirib.

Bundan əvvəl braziliyalı jurnalist Paulo Albukerke demişdi ki, Dani Alveş həbsxanada intihar edib.
Qeyd edək ki, dünyanın ən titullu futbolçusu olan Dani Alveş 23 yaşlı qıza təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: ura.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.