“Qarabağ“ 9, “Neftçi“ 20 pillə irəlilədi - Dünya reytinqi

10-03-2024, 12:16           
“Qarabağ“ 9, “Neftçi“ 20 pillə irəlilədi - Dünya reytinqi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

AzFakt.com xəbər verir ki, siyahıda 402 klub yer alıb və 2 Azərbaycan təmsilçisi reytinqə düşüb.

"Qarabağ" 61-ci pillədə qərarlaşıb. Akticində 164,75 xal olan Ağdam təmsilçisi 9 pillə irəliləyib.

"Neftçi" isə 20 pillə irəliləyə bilib. 60,75 xalı olan "ağ-qaralar" 398-ci pillədən 378-ci yerə qalxıb.

Qeyd edək ki, siyahıya İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi "Mançester Siti" (385 xal) başçılıq edir. İspaniyanın "Real Madrid" (313 xal) klubu ikinci, İtaliya təmsilçisi "İnter" (307 xal) üçüncüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru