“Qarabağın” məğlubedilməz rəqibindən Almaniyada növbəti inamlı qələbə - VİDEO

11-03-2024, 08:49           
“Qarabağın” məğlubedilməz rəqibindən Almaniyada növbəti inamlı qələbə - VİDEO
Almaniya Bundesliqasının 25-ci turunun “Bayer” - “Volfsburq” qarşılaşması başa çatıb. Komandalar Leverkuzen şəhərinin BayArena stadionunda qarşılaşıblar. Görüşün baş hakimi Daniel Siebert olub.

Artıq 28-ci dəqiqədə “canavarlar”ın müdafiəçisi Moritz Jenz meydandan qovulub. Doqquz dəqiqə sonra “Bayer” bu boşluqdan məharətlə yararlanıb - Natan Tella meydan sahiblərini hesabda irəli çıxarıb. 86-cı dəqiqədə “Bayer”in hücumameyilli yarımmüdafiəçisi Florian Virtz matçda son nöqtəni qoyub - 2:0.

“Bayer” bu mövsüm Bundesliqada şəriksiz liderdir. Komanda 25 matçda 67 xal toplayıb. Xabi Alonsonun yetirmələri ikinci yerdə qərarlaşan “Bavariya”nı 10 xal qabaqlayırlar. “Volfsburq” isə 25 xalla 13-cü yerdədir.

Leverkuzenlilər bütün turnirlərdə bugünkü oyun daxil 35 oyundur uduzmurlar. Xabi Alonsonun çalışdırdığı kollektiv bunlardan 31-də qalib gəlib, 4 oyunda heç-heçə edib.
Qeyd edək ki, bu il Avropanın məğlubedilməzi sayılan “Bayer” UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibidir. Bakıda keçirilən ilk oyunda “Köhlən atlar” güclü rəqibi ilə heç-heçə etmişdi. Cavab qarşılaşması isə martın 14-də Leverkuzendə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru