"Fənərbağça"dan daha bir qələbə

11-03-2024, 09:28           
"Fənərbağça"dan daha bir qələbə
Türkiyə Superliqasında 29-cu turun növbəti oyunları keçirilib.

"Cebhe.info" xəbər verir ki, günün maraqlı matçı "Fənərbağça" və "Pendikspor" arasında baş tutub. Görüş İstanbul nəhənginin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 30-cu dəqiqədə qonaqların heyətində Halil Akpunar açıb. Mərt Hakan Yandaş 50-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. 87-ci dəqiqədə penaltidən Mişi Batşuayi komandasını önə keçirib. Fərdi Kadıoğlu 90+4-cü dəqiqədə fərqi iki topa çıxarıb. Matçın yekun nəticəsini 90+9-cu dəqiqədə İrfan Can Kahveçi müəyyənləşdirib.

Günün digər oyunlarında "Kasımpaşa" "İstanbulspor"u, "Samsunspor" "Ankaragücü"nü 2:1 hesabı ilə məğlub edib. "Kayserispor" - "Hatayspor" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.

Qeyd edək ki, bu nəticələrdən sonra xallarını 76-ya çatdıran "Fənərbağça" 2-ci yerdədir. Turnir cədvəlinə isə 78 xalla "Qalatasaray" başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru