Qurban Qurbanov haqda araşdırma başladı: İspaniya klubları bu şirkətə sifariş verdi

11-03-2024, 13:09           
Qurban Qurbanov haqda araşdırma başladı: İspaniya klubları bu şirkətə sifariş verdi
"Qarabağ"ın son zamanlarda qazandığı uğurlar artıq bütün Avropanın diqqətini cəlb edib. Komandanın Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlməsi və burada "Bayer Leverkuzen" kimi qitənin ən formada olan komandası ilə başabaş mübarizə aparması təkcə dünyaya səs alıb.

Artıq Ağdam təmsilçisinə böyük maraq var. Klubun fəaliyyəti, komandanın uğurlarının sirri geniş formada araşdırılmağa başlanıb.

Dünyanın aparıcı KİV-lərində "Qarabağ" haqqında silsilə yazılar, reportajlar dərc olunur. "Köhlən atlar"ın futbolçuları bir sıra klubların maraq dairəsinə düşməyə başlayıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanovun fəaliyyəti də diqqətdən yayınmayıb. Təcrübəli mütəxəssisin iş prinsipi iki İspaniya təmsilçisinin diqqətini cəlb edib. Buna görə də menecer fəaliyyəti və araşdırmalarla məşğul olan bir yerli şirkətə 51 yaşlı çalışdırıcı haqqında məlumat toplanılması ilə bağlı sifarişlər verilib. İstanbulda şöbəsi olan şirkətin fəaliyyəti əsasən bu regionu - şərqi və cənubi Avropanı əhatə edir. Azərbaycanlı mütəxəssisin iş prinsipləri, tələbləri, taktiki yanaşması, keçmiş və indiki futbolçularla münasibəti və digər məqamlar analitiklər və bu sahələr üzrə ixtisaslaşmış digər şəxslər tərəfindən araşdırılacaq, hesabat formasında sifarişçilərə çatdırılacaq.

Klubların adları məlum deyil. Bu, əməkdaşlığın bir hissəsi olaraq gizli saxlanılır. Mənbənin sözlərinə görə, araşdırma konkret maraqlanmaq anlamına gəlmir. "Qarabağ"ın baş məşqçisi ilə bağlı hesabat hazırlayan şirkətin onun fəaliyyətini əks etdirəcək hesabatı başqa komandalara təklif etmək hüququ da olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru