“Holand sabahkı oyuna hazır deyil” – Pep Qvardiola

25-04-2024, 09:54           
“Holand sabahkı oyuna hazır deyil” – Pep Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə “Brayton”a qarşı keçirəcəkləri matçda Erlinq Holandın oynamayacağını açıqlayıb.

Fanat.az xəbər verir ki, “şəhərlilər”in rəsmi saytı onun dediklərini belə çatdırıb:

“Holand sabahkı oyuna hazır deyil. Zədədən dönən digər futbolçular – Fil Foden və Con Stounz isə “Brayton”la oyunda meydana çıxa biləcəklər. Əlbəttə, həmişə əsas heyət və sevimli oyunçular anlayışı var, ancaq hər futbolçu komanda üçün çalışır. Holandın oynamaması böyük problem olmasa da, bu qarşılaşmanı buraxacağı dəqiqdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.