İspan idmançı finişə çatmamış sevindi, medalı əldən verdi

9-06-2024, 10:39           
İspan idmançı finişə çatmamış sevindi, medalı əldən verdi
İspaniyalı idman gəzintisi üzrə atlet Laura Qarsiya-Karo Romada keçirilən Avropa Çempionatını çox erkən sevinci səbəbindən uduzub. Yarışçı finişdə dördüncü olub.

Qarsiya-Karo yarış üçüncüsü kimi finişə az qalmış bürünc medalını qeyd etmək qərarına gəlib. Finiş xəttinə bir neçə metr qalmış o, qalibiyyət əlaməti olaraq İspaniya bayrağını boynuna bağlayıb. Lakin Ukrayna idmançısı Lyudmila Olyanovskaya yarışın sonuna iki-üç metr qalmış onun yanından ötüb keçib.

Qızıl medalı isə 1 saat 28,08 dəqiqə nəticə ilə italiyalı Antonella Palmisano qazanıb. Valentina Trapetti ikinci (1:28,37), Olyanovskaya üçüncü (1:28,48) olub.
CNN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru