Mixael Ballakın unikal avtomobili fantastik qiymətə satılır

9-06-2024, 15:14           
Mixael Ballakın unikal avtomobili fantastik qiymətə satılır
Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mixael Ballaka məxsus unikal "Ferrari" avqustun 16-17-də Kaliforniya ştatının Monterey şəhərində keçiriləcək "RM Sotheby"s" hərracında satışa çıxarılacaq.

Söhbət 1960-cı ildə buraxılmış "Ferrari 250 GT SWB California Spider"in ilk nümunəsindən gedir. Lotun gözlənilən dəyəri 16-18 milyon dollardır.

Avtomobil xüsusi olaraq ABŞ bazarı üçün yaradılıb və 106 nüsxə həcmində hazırlanıb. Onun kapotunun altında təxminən 280 at gücünə malik üç litrlik "Colombo Tipo 128" V12 mühərriki var.

Avtomobilin maksimal sürəti 250 km/saatdır.

Qeyd edək ki, bu model üçün hazırkı hərrac rekordu 18,4 milyon dollardır. O, 2015-ci ildə Parisdə qeydə alınıb.

Mənbə: chamiponat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru