Alisson Bekerin Meksika ilə görüşdə 110 nömrəli forma geyinməsinin SƏBƏBİ

11-06-2024, 09:38           
Alisson Bekerin Meksika ilə görüşdə 110 nömrəli forma geyinməsinin SƏBƏBİ
Braziliya millisinin qolkiperi Alisson Bekerin Meksika seçməsi ilə görüşdə 110 nömrəli forma geyinməsinin səbəbi bəlli olub.

Məlumata görə, Alisson Beker Braziliya millisinin kapitanı olaraq 110-cu görüşünə çıxdığı üçün bu nömrəli forma ilə iştrak etmək istəyib.

Təcrübəli qolkiper 110-cu görüşündə qapısından 2 top buraxıb. 17 yaşlı gənc hücumçu Endrikin əsas vaxta əlavə olunmuş altıncı dəqiqədə vurduğu qol komandasına qələbə qazandırıb - 3:2.

Qeyd edək ki, Braziliya millisi növbəti yoxlama görüşünü ABŞ-yə qarşı iyun ayının 13-də keçirəcək.

Mənbə: Marca.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru