“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır

23-07-2024, 11:47           
“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır
Bu gün UEFA çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Qarabağ” ilk oyununa Cəbəllütariqdə çıxacaq.

Qurban Qurbanovun komandası yerli “Linkoln”la qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00. “Linkoln” – “Qarabağ”

Baş hakim: İştvan Vada

“Viktoriya” stadionu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru