Umut Bulut karyerasını başa vurdu

24-07-2024, 16:13           
Umut Bulut karyerasını başa vurdu
Türkiyə millisinin sabiq üzvü Umut Bulut karyerasını başa vurub.

“Qafqazinfo” xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Umut Bulut karyerası ərzində “Ankaragücü”, “İnegölspor”, “Trabzonspor”, “Tuluza”, “Qalatasaray”, “Kayserispor”, “Yeni Malatyaspor”, “Eyüpspor” və “Sarıyer”də çıxış edib.

O, Türkiyə yığmasında 39 rəsmi matçda 10 qol vurub və 2 məhsuldar ötürmə edib. U.Bulut ümumilikdə karyerası ərzində 515 oyuna 163 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru