"Formula-1"in üçqat çempionu cərimələnəcək

25-07-2024, 16:14           
"Formula-1"in üçqat çempionu cərimələnəcək
"Red Bull"un niderlandlı pilotu Maks Ferstappen iyulun 26-dan 28-dək keçiriləcək Belçika Qran-prisində cəzalandırılacaq.
Qazeta.ru-ya istinadən xəbər verir ki, o, on mövqe geridən start götürəcək.

Məlumata görə, cəriməyə səbəb mövsümdə beşinci mühərrik dəyişdirilməsi olub. Halbuki icazə verilən hədd dörd mühərrikdir.

Qeyd edək ki, Ferstappen "Formula-1" üzrə üçqat dünya çempionudur (2021, 2022 və 2023). O, bir mövsümdə ən çox qələbə və "Formula-1" Qran-prisində ardıcıl ən çox qalibiyyət rekorduna sahibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru