Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu

28-07-2024, 16:54           
İyulun 28-nə keçən gecə Mançesterdə (İngiltərə) UFC 304 turniri baş tutub.

Gecənin əsas hadisəsi hazırkı çempion britaniyalı Leon Edvards və amerikalı Bilal Məhəmməd arasında orta çəki dərəcəsində titul uğrunda döyüş olub.

Məlumata görə, kəməri ABŞ təmsilçisi qazanıb. O, hakimlərin qərarı ilə qalib olub.

Qeyd edək ki, B.Məhəmmədin 36 yaşı var. İdmançı öz aktivində qarışıq döyüş növləri üzrə 24 qələbə və 3 məğlubiyyətə malikdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.