ABŞ komandasının bayraqdarı Olimpiya kəndindəki şəraitdən şikayətlənib

30-07-2024, 18:04           
ABŞ komandasının bayraqdarı Olimpiya kəndindəki şəraitdən şikayətlənib
Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində ABŞ komandasının bayraqdarı olan amerikalı tennisçi Koko Qauff Olimpiya kəndində yaşayış şəraitindən şikayətlənib.

Oxu.Az xəbər verir ki, idmançı müvafiq videonu "TikTok" sosial şəbəkəsində yayımlayıb.

İdmançı on qız üçün iki vanna otağı olduğunu bildirib.

Qeyd edək ki, Qauf 2023-cü ildə ABŞ Açıq Çempionatının qalibi olub. Olimpiadanın açılış mərasimində o, dördqat Milli Basketbol Assosiasiyasının çempionu və ikiqat Olimpiya çempionu LeBron Ceymslə birlikdə ABŞ komandasının bayraqdarı idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru