LeBron Ceyms basketbol əfsanəsini üstələdi 30-07-2024, 16:24 "Los Anceles Leykers"in lideri LeBron Ceyms Milli Basketbol Assosiasiyası (NBA) karyerası ərzində əfsanəvi Maykl Cordandan daha çox xal toplayıb.Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bu günə qədər LeBron NBA-nın adi mövsümündə 40,474 xal toplayıb. Cordanda isə bu rəqəm 32,292-dir.Qeyd edək ki, Ceyms hazırda ABŞ millisinin heyətində Parisdə keçirilən Olimpiya Oyunlarında mübarizə aparır. Facebook-da paylaş