Xorvatiya ulduzu İvan Perişiç "Hayduk"la anlaşmanı sonlandırdı

15-08-2024, 17:38           
Xorvatiya ulduzu İvan Perişiç "Hayduk"la anlaşmanı sonlandırdı
Xorvatiya millisinin futbolçusu İvan Perişiç "Hayduk"la müqaviləsini ləğv edib.

Goal.com xəbər verir ki, bu addımın səbəbi təcrübəli yarımmüdafiəçinin baş məşqçi Cennaro Qattuzo ilə yaşadığı münaqişə olub.

35 yaşlı futbolçu qeyri-müəyyən müddətə kollektiv məşqlərdən kənarlaşdırıldığı üçün klubla müqaviləni ləğv etməyə qərar verib.

Qeyd edək ki, "İnter" (İtaliya), "Bavariya" (Almaniya), "Tottenhem" (İngiltərə) kimi klublarda da forma geyinmiş İvan Perişiç bu mövsüm Xorvatiya təmsilçisinin heyətində cəmi dörd oyun keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru