"Real Madrid"in ulduzu Vinisiusdan xeyriyyə təşəbbüsü

18-08-2024, 16:25           
"Real Madrid"in ulduzu Vinisiusdan xeyriyyə təşəbbüsü
"Real Madrid"in hücumçusu Vinisius Junior, doğma şəhəri olan Braziliyanın San-Qonçalo şəhərində tərk edilmiş dövlət məktəbini bərpa etmək üçün təxminən üç milyon avro sərf edəcək.

Championat.com xəbər verir ki, bərpa ediləcək məktəb gələcəkdə beş minə yaxın şagirdi qəbul edə biləcək. Məktəbdə pulsuz təhsil, idman və mədəniyyət sahələrində imkanlar yaradılacaq.

Qeyd edək ki, Vinisius Junior 2023/2024 mövsümünün sonunda "Qızıl Top"a əsas namizəddir. O, Çempionlar Liqasının finalında birdən çox qol vuran ilk braziliyalı futbolçu olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.