Messi ona görə ən yaxşı idmançının adını açıqlayıb

11-09-2024, 17:09           
Messi ona görə ən yaxşı idmançının adını açıqlayıb
Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi ona görə ən yaxşı idmançının adını açıqlayıb.

Futbolçunun sözlərini “SPORTF” “X” sosial şəbəkəsində dərc edib.

Belə ki, Messi keçmiş “Çikaqo Bullz” və ABŞ millisinin basketbolçusu Maykl Cordanı tarixin ən böyük idmançısı hesab etdiyini bildirib.

“Düşünürəm ki, idmana gəldikdə, Maykl Cordan ən böyükdür. “Sonuncu rəqs”ə baxdıqdan sonra ilhamlandım və onun kim olduğu haqqında daha çox öyrəndim”, – Messi bildirib.

Qeyd edək ki, ESPN ekspertlərinin fikrincə, Cordan tarixin ən yaxşı basketbolçusudur. O, ikiqat Olimpiya çempionudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru