Qaçırılan üç penalti, dramatik oyun: "Fiorentina" "Milan"a qalib gəldi

7-10-2024, 12:38           
"Fiorentina" və "Milan"ın qarşılaşdığı İtaliya çempionatının A seriyasının 7-ci turunun oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun Florensiyanın (İtaliya) "Artemio Franki" stadionunda baş tutub. Görüşün baş hakimi qismində Luka Payretto çıxış edib. Görüşdə "Fiorentina" 2:1 hesabı ilə qalib gəlib.

35-ci dəqiqədə "Fiorentina"nın futbolçusu Yasin Adli qola imza atıb. 60-cı dəqiqədə Teo Ernandesin ötürməsindən sonra matçda hesabı "Milan"ın hücumçusu Kristian Pulişiç bərabərləşdirib. 73-cü dəqiqədə "Fiorentina"nın hücumçusu Albert Qudmundsson komandasını hesabda yenidən irəli çıxarıb.

Qeyd edək ki, qarşılaşmada üç penalti təyin edilib və heç biri qapıdan keçməyib.

Bu oyundan sonra "Milan" 11 xal toplayıb və A Seriyasının turnir cədvəlində 10 xalla 6-cı pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru