Messinin cangüdəni Luis Suaresdən çox maaş alır - MƏBLƏĞ

9-10-2024, 11:35           
Messinin cangüdəni Luis Suaresdən çox maaş alır - MƏBLƏĞ
Lionel Messinin mühafizəçisi Yassin Çueko "İnter Mayami" ilə "Toronto" (1:0) arasında keçirilən MLS matçı zamanı diqqət mərkəzinə düşüb.

Fanat.az "Talksport"-a istinadən xəbər verir ki, mühafizəçi argentinalı ulduzla şəkil çəkdirmək istəyən uşağı saxlamaq üçün meydançaya qaçıb.

ABŞ ordusunun keçmiş əsgəri olan Yassin künc bayrağından mərkəz dairəyə doğru 50 metr "Useyn Boltsayağı sprint" edərək futbolçuya yaxınlaşmazdan əvvəl uşağı tutmağı bacarıb. Buna baxmayaraq, azyaşlı istəyinə çatıb. Stadionun təhlükəsizlik işçiləri uşağı təhvil almazdan əvvəl Messi onunla şəkil çəkdirməyə icazə verib.

Bu arada Devid Bekhemin Messi üçün işə götürdüyü xüsusi təyinatlı Çuekonun maaşı məlum olub. O, ildə təxminən 3,5 milyon dollar qazanır ki, bu da Messi və Busketsdən başqa, "İnter Mayami"nin digər oyunçularının, o cümlədən Luis Suaresin məvacibindən çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru