A seriyası: "İnter" "Roma"nı minimal hesabla məğlub etdi

21-10-2024, 08:48           
A seriyası: "İnter" "Roma"nı minimal hesabla məğlub etdi
İtaliyanın A Seriyasında 2024/2025 mövsümünün 8-ci turunun "Roma" və "İnter"in qarşılaşdığı matç başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun Romadakı "Olimpiko" stadionunda baş tutub. Matçı Davide Massanın (İmperiya, İtaliya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. "İnter" 1:0 hesabı ilə qalib gəlib.

Matçın yeganə qolunu 60-cı dəqiqədə "İnter"in hücumçusu Lautaro Martines vurub.

Keçirilən səkkiz oyundan sonra "Roma" 10 xalla A Seriyasının turnir cədvəlində 10-cu yerdədir. "İnter" də analoji oyunlardan sonra 17 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Növbəti mərhələdə "Roma" "Fiorentina" ilə (27 oktyabr), "İnter" isə "Yuventus"la (27 oktyabr) qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru