Leandro Andrade və Olavio Juninyo Azərbaycan Premyer Liqasının ən bahalı futbolçularıdır

28-12-2024, 09:24           
Leandro Andrade və Olavio Juninyo Azərbaycan Premyer Liqasının ən bahalı futbolçularıdır
Azərbaycan Premyer Liqasında bazar dəyəri ən yüksək olan futbolçuların siyahısı yenilənib.

Oxu.Az xəbər verir ki, bu barədə "Transfermarkt" onlayn portalı məlumat yayıb.

"10-luq"un ilk 8 pilləsində "Qarabağ"ın üzvləri yer alıblar. Leandro Andrade və Olavio Juninyo 2 milyon avro ilə 1-2-ci pillələri bölüşdürürlər.

Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin qiyməti 1,8 milyon avroya yüksəlib. O, Ağdam təmsilçisindəki komanda yoldaşı Aleksey Kaşukla birlikdə 3-4-cü sıralardadır. Ölkə çempionunun qapıçısı Mateuş Koxalski 1,5 milyon avro ilə beşincidir.

Emmanuel Addai və Toral Bayramovun da bazar dəyəri qalxıb. Onlar Yassin Benzia ilə birlikdə 1,2 milyon avro qiymətləndiriliblər və müvafiq olaraq 6, 7 və 8-ci yerdədirlər.

"Sabah"dan Pavol Safranko 1 milyon avro ilə doqquzuncudur. "Neftçi"də çıxış edən və qiyməti düşən Yuri Matiasın da bazar dəyəri 1 milyon avro göstərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru