"Liverpul"un futbolçusunun "Real" sevgisi

29-12-2024, 10:14           
"Liverpul"un futbolçusunun "Real" sevgisi
"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold karyerasını "Real"da davam etdirməkdə israrlıdır.

Bizim.Media xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

26 yaşlı müdafiəçi Madrid təmsilçisinə keçmək istədiyini artıq "mersisaydlılar"a bildirib.

Bu, "Liverpul"un futbolçunu müqaviləni uzatmağa razı salmağa çalışmasından sonra baş verib.

Qeyd olunur ki, "Real" futbolçunu qışda almağa və ya yaya qədər gözləyərək onun azad agent keçidini reallaşdırmağa hazırdır.

Trentin "Liverpul" ilə müqaviləsi isə 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, bu mövsüm Aleksander-Arnold bütün turnirlərdə 22 oyun keçirib və 5 məhsuldar ötürmə verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru