La Liqa: Azlıqda qalan "Real Madrid" geridönüş edərək liderliyə yüksəldi

4-01-2025, 15:28           
La Liqa: Azlıqda qalan "Real Madrid" geridönüş edərək liderliyə yüksəldi
İspaniya La Liqasının 19-cu turunda "Valensiya" "Real Madrid"i qəbul edib.

Oxu.Az xəbər verir ki, "Mestalla" stadionundakı matçda son çempion autsayderin öhdəsindən çətinliklə gəlib.

Oyunda hesabı "Valensiya" açsa da, son dəqiqələrdə qələbəni əldən verib. Azlıqda qalan kral klubu 85 və 90+5-ci dəqiqədəki qolları ilə qələbə qazanıb - 1:2.

Bu nəticədən sonra, "Real" yarış cədvəlində liderliyə yüksəlib. Paytaxt komandasının aktivində 43 xal var. "Valensiya"ya gəlincə, komanda 12 xalla 19-cu pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru