Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"

16-02-2025, 00:08           
Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"
Mən bu çempionatda özümü qalib sayıram.

Bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ölkə çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Yarışın finalında məğlub olan qrossmeyster öz oyununu yüksək qiymətləndirib:

"Mən bu çempionatda özümü qalib sayıram. Ardıcıl 6 oyun qələbə qazandım. 15 ilə yaxındır həyatımda belə uğurlu ardıcıllıq oımamışdı. Bu çox çətindir. Öz nəticəmi gözəl qiymətləndirirəm. Bəzən birinci yerə çıxırsan, amma nəticədən razı qalmırsan".

Qrossmeyster federasiyaya təşəkkür edib:

"Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edirəm ki belə yarış təşkil etdilər. Bunu həyata keçirmək çox çətindir. Qalır bundan sonra Avropa və dünya çempionatlarında Azərbaycanı yaxşı təmsil etmək".

Qeyd edək ki, Şəhriyar Məmmədyarov şahmat üzrə Azərbaycan çempionatının finalında Rauf Məmmədova məğlub olaraq ikinci yeri tutub.(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru