İtaliya milli komandasının sabiq futbolçusu karyerasını bitirdi

19-03-2025, 16:14           
İtaliya milli komandasının sabiq futbolçusu karyerasını bitirdi
İtaliya milli komandasının sabiq futbolçusu Antonio Kandreva karyerasını başa vurub.

Teleqraf xəbər verir ki, bu barədə 38 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.

Kandreva karyerası ərzində yalnız vətənində çıxış edib. O, "Ternana", "Udineze", "Livorno", "Yuventus", "Parma", "Çezena", "Latsio", "İnter", "Sampdoriya" və "Salernitana"nın şərəfini qoruyub.

Qeyd edək ki, Antonio Kandreva İtaliya millisinin heyətində keçirdiyi 54 oyunda 7 qolla yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru