"Bayer Leverkuzen" Florian Virtsə qərarını bildirməsi üçün möhlət verdi

20-03-2025, 11:38           
"Bayer Leverkuzen" Florian Virtsə qərarını bildirməsi üçün möhlət verdi
Almaniyanın "Bayer Leverkuzen" komandası futbolçusu Florian Virtsə yeni müqavilə təklif edib.

"Bild" xəbər verir ki, tərəflər arasında bununla bağlı danışıqlar olub. Yeni sözləşmə üç il müddətinə nəzərdə tutulub.

Futbolçuya qərar vermək üçün bir ay vaxt verilib.

Almaniya millisinin yarımmüdafiəçisi bu müqaviləyə imza atarsa, 120 milyonluq sərbəst qalma bəndi avtomatik olaraq aktivləşəcək.

Qeyd edək ki, Florian Virts bu mövsüm "Bayer"in heyətində keçirdiyi 39 oyunda 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru