Türkiyə Macarıstanı 3 qolla məğlub edib

21-03-2025, 12:44           
Türkiyə Macarıstanı 3 qolla məğlub edib
Türkiyə Milli Futbol Komandası UEFA Millətlər Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanı 3:1 hesabı ilə məğlub edib.
Bu barədə "TRT Haber" xəbər verir.

Ay-ulduzlular Orkun Kökçünün qolu ilə 9-cu dəqiqədə hesabda önə keçib. Macarıstan 25-ci dəqiqədə hesabı bərabərləşdirib.

Türkiyə Millisi 69-cu dəqiqədə yenidən hesabda önə keçib. Bu dəfə Kerem Aktürkoğlu topu tora göndərib. 73-cü dəqiqədə İrfan Can Kahveci zərbəsi ilə oyunda sonuncu qol vurulub.

Matçda 3:1 hesabı ilə qalib gələn Ay-ulduzlular ikinci görüş öncəsi üstünlüyə sahib olublar.

Qeyd edək ki, qarşılaşmanın cavab oyunu bazar günü, martın 23-də Macarıstanın ev sahibliyi ilə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru