"Qalatasaray" heyətini Ukrayna millisinin qolkiperi ilə gücləndirəcək

26-03-2025, 08:45           
"Qalatasaray" heyətini Ukrayna millisinin qolkiperi ilə gücləndirəcək
"Qalatasaray" klubu "Lill"in qolkiperi Lyuk Şevalyenin transferini həll edə bilmədiyi üçün başqa qapıçıya "elçi" düşüb.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Real Madrid"in qapıçısı Andrey Lunini istəyir.

Mövsümün sonunda türkiyəlilər ukraynalı futbolçunun keçidini həll etməyi planlaşdırırlar. "Qalatasaray" onu Fernando Musleranın əvəzləyicisi kimi görür.

Ukrayna millisinin üzvü 2018-ci ildən "Real"ın qapısını qoruyur. Onun "Kral" klubu ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru