Məşhur "Formula-1" pilotunun dəbilqəsi rekord məbləğə satıldı

30-04-2025, 09:49           
Məşhur "Formula-1" pilotunun dəbilqəsi rekord məbləğə satıldı
"Formula-1" pilotu Ayrton Sennanın dəbilqəsi hərracda rekord məbləğə - 720 min funt-sterlinqə (təxminən 966 min ABŞ dolları) satılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri "RM Sotheby's" hərrac evinə istinadla məlumat yayıb.

Braziliyalı pilot bu dəbilqəni 1992-ci ildə Belçika Qran-prisinin təsnifat mərhələsində istifadə edib. Həmin yarış zamanı fransız pilot Erik Komaya qəza törədib. Senna bolidi ilə qəza yerindən keçərkən dayanaraq trasa çıxıb və huşunu itirmiş rəqibinə həkimlər gələnə qədər yardım göstərib.

Qeyd edək ki, Ayrton Senna 1988, 1990 və 1991-ci illərdə "Formula-1" üzrə üç dəfə dünya çempionu olub. O, 1994-cü ildə San-Marino Qran-prisində baş verən qəza nəticəsində 34 yaşında həyatını itirib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru