Məsut Özil "Real"a geri dönməkdən danışdı

3-12-2016, 00:46           

Son günlər adı Madrid "Real"ıyla hallanan "Arsenal"ın türkəsilli futbolçusu Məsut Özil London klubunda oynadığına görə xoşbəxt olduğunu bildirib.

Almaniya milli komandasının üzvü İspaniya mətbuatına açıqlama verib. "Marca"ya danışan ulduz futbolçu, "Real" iddiaları haqda fikirlərini bildirb:

"Real"a geri dönmək? "Arsenal" kimi böyük bir klubda oynadığım üçün çox xoşbəxtəm. Amma gələcəkdə nələrin olacağını bilmək olmaz. Yaşayıb görəcəyik".

"Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan haqqdında danışan 28 yaşlı yarımmüdafiəçi "Zidan mənim idealım olub. Uşaqlıqda onu izləyərək böyüdüm və hər zaman onun kimi olmaq istədim. İlk mövsümdəcə Çempionlar Liqasını qazandı. Məncə möhtəşəm baş məşqçidi" deyərək fikirlərini yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru