“Qəbələ” “Maynts”a uduzdu-FOTOLAR
9-12-2016, 10:07
Bu gün Avropa Liqasının qrup mərhələsində 6-cı turun oyunları keçirilir. Təmsilçimiz “Qəbələ” də qrupda son oyununa çıxır.
Roman Qriqorçukun komandası səfərdə “Maynts”ın qonağıdır.
Hər iki komanda qrupdan çıxmaq şansını itirdiyindən bu görüş formal xarakter daşıyacaq.
Komandalar meydana aşağıdakı tərkibdə çıxıblar:
“Maynts”: 33. Hut Yannik, 2. Donat Giulio, 15. Kordoba Con, 16. Stefan Bell (k), 17. Jairo Samperio, 20. Fabian Frey, 22. Andre Ramalyo, 24. Qaëtan Bussmann, 25. Jean-Filipp Qbamin, 32. Pablo De Blasis, 42. Aleksander Hak
Ehtiyat oyunçular:1. Yonas Lössl, 3. Leon Balogun, 8. Öztunalı Levin, 10. Yunus Mallı, 18. Daniel Brosinski, 36. Aaron Seydel, 38. Gerrit Holtmann
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 34. Ürfan Abbasov
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç (q), 4. Elvin Camalov, 10. Ruslan Qurbanov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov, 30. Petar Franyiç, 34. Rafael Santos
Musavat.com -un stadiondakı müxbiri Aygün Muradxanlı yazır ki, oyunu 500 nəfərlik azərbaycanlı və türkiyəli azarkeşlər izləyirlər. Oyun almanların üstünlüyü ilə və 2-0 hesabı ilə getsə də, azarkeşlərimiz “Qəbələ”nin dəstəyindın vaz keçmirlər.
***
00:01
C qrupunda “Maynts” (Almaniya) – “Qəbələ” qarşılaşması başa çatdı. Təmsilçimiz 2:0 hesabı ilə meydandan məğlub ayrıldı.
Qollar: Hak, 30 , de Blasis, 40
Baş hakim: Simon Li Evans
Baş hakimin köməkçiləri: Qaret Uin Cons, Luis Ross Edvards
Maynts. “Maynts Arena” stadionu
Musavat.com