Alınmış və satılmış oyunlar - Azərbaycan futbolunda biabırçılıq

14-12-2016, 17:19           
Alınmış və satılmış oyunlar - Azərbaycan futbolunda biabırçılıq
UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatların AFFA və PFL tərəfindən araşdırılması davam edir.

AzVision.az xəbər verir ki, müvafiq komissiyanın qərarına əsasən bu işdə şübhəli bilinən aşağıda adı göstərilmiş şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılır:

Şahdağ (Qusar)

1. Uce Cukunyere

Energetik (Mingəçevir)

1. Ruslan Həmidov

Aşağıda adı göstərilmiş şəxslər barədə AFFA-nın İntizam Komitəsinin 22 noyabr 2016-cı il tarixli qərarı araşdırma başa çatana qədər qüvvəsində qalır:

Şahdağ (Qusar)

1. İqrar Səmədov
2. Rafael Kübərov (İnzibatçı)

Rəvan (Bakı)

1. Elvin Əliyev
2. Cəmşid Məhərrəmov

Göyəzən (Qazax)

1. Arzuman Vəliyev
2. Tunar Şahtaxtinski

Energetik (Mingəçevir)
1. Elvin Əlizadə
2. Kamran Lalayev

Hakim
Anar Niyazov

Aşağıda adı göstərilmiş şəxslər barədə AFFA-nın İntizam Komitəsinin 22 noyabr 2016-cı il tarixli qərarı qüvvədən düşmüş sayılır:

Şahdağ (Qusar)

1. Kamran Ağakərimov
2. Tofiq Şəfiyev
3. Mahiddin Ağamov
4. Faik Ağakərimov

Rəvan (Bakı)

1. Əkbər Əhmədov
2. Fərid Ağayev
3. Mirqasım Cabbarlı
4. Omid Masumi
5. Fərid Quliyev

Bakılı (Bakı)

1. Bəhram Bəhramzadə
2. Xəzər Qəribov

Göyəzən (Qazax)

1. Orxan Əsgərov

Energetik (Mingəçevir)

1. Orxan Əlibalayev

Şərurspor (Bakı)

1. Mehdi Rəsulov
2. Samir Musayev

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.