"Bakı-2015" I Avropa Oyunlarının qalibi məhkəmə qarşısına çıxıb

25-01-2017, 13:04           
"Bakı-2015" I Avropa Oyunlarının qalibi məhkəmə qarşısına çıxıb
"Bakı-2015" I Avropa Oyunlarında qızıl medal qazanmış irlandiyalı boksçu Maykl OReyli məhkəmə qarşısına çıxıb. "Report"un məlumatına görə, 75 kq çəkidə çıxış edən boksçu ictimai asayişi pozmaqda ittiham olunur.
24 yaşlı idmançının ötən ilin aprelində Ballibeq və Litltaun şəhərlərində içkili halda ətrafdakı təhqir etdiyi və hədələdiyi bildirilir. Bu səbəbdən, OReyli 3 maddə ilə ittiham edilib.
Məhkəmənin hökmü ilə o, 500 avro müqabilində zaminə buraxılıb. Lakin idmançı yaşadığı Litltaun şəhərini tərk edə bilməyəcək. Növbəti məhkəmə prosesi martın 7-nə təyin olunub.
Qeyd edək ki, Maykl OReyli "Bakı-2015"in finalında azərbaycanlı boksçu Xaybula Musalova qalib gəlib. Həmin il dünya çempionatının bürünc mükafatına sahib çıxan irlandiyalı boksçu 2016-cı il Rio-de-Janeyro-Yay Olimpiya Oyunlarında mübarizəyə dopinq-testinin müsbət nəticə verməsi səbəbindən buraxılmayıb. Olimpiadada 75 kq çəkidə bürünc medalı Azərbaycan təmsilçisi Kamran Şahsuvarlı qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru