İngiltərənin aşağı liqasında keçirilən "Haddersfild" - "Lids" matçında (2:1) qalmaqal yaşanıb.
Hadisəyə meydan sahiblərinin azarkeşlərindən birinin tribunada Türkiyə bayrağı açması səbəb olub. Bayrağı görən "Lids" fanatları tribunada gərginlik yaradıblar. Həmin azarkeş isə polis tərəfindən saxlanılıb və bayrağı müsadirə edilib.
Xatırladaq ki, “Lids” azarkeşlərinin Türkiyə ilə xoş olmayan xatirəsi var. Belə ki, 2000-ci ilin aprel ayında UEFA kubokunun yarımfinal mərhələsinin “Qalatasaray” - “Lids” oyununu izləmək üçün İstanbula gedən iki ingilis fanatı dava zamanı bıçaqlanaraq öldürülüb. qol.az