Futbol üzrə Rusiya yığma komandasının sabiq italiyalı baş məşqçisi Fabio Kapello bildirib ki, 2013-cü ildə komandanı tərk edərək PSJ klubuna (Fransa) getmədiyi üçün təəssüf hissi keçirir.
Kapellonun fikrincə, o, böyük klubda işləmək imkanını itirib, ruslar isə sonda yenə də onunla pis davranıblar.
Kapellonun sözlərinə görə, həmin vaxt onun Rusiya yığmasından getməsi satqınlıq kimi qiymətləndirilə bilərdi.