“Qalatasaray” öz meydanında uduzdu

13-02-2017, 09:37           
“Qalatasaray” öz meydanında uduzdu
Türkiyə Superliqasında 20-ci turun oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün daha 4 matç keçirilib.

Lider “Beşiktaş”ın ardınca onun ən yaxın izləyicisi “Başakşehir” də xala həsrət qalıb.

Öz meydanında “Kayserispor”u qəbul edən “Qalatasaray” da meyedandan məyus ayrılıb. İlk hissədə qapısında 2 qol görən İstanbul klubunun gücü yalnız hesab arasındakı fərqi azaltmağa çatıb.

Son 4 turda xal itirməyən “Antalyaspor” isə Konya səfərindən heç-heçə ilə qayıdıb.

Türkiyə Superliqası

XX tur

12 fevral

“Akhisar Genclik Spor” – “Rizespor” 1:0
Qol: Yumlu, 6

“Kasımpaşa” – “Başakşehir” 4:0
Qollar: Titi, 10, Büyük, 13, Eduok, 82, Kastro, 88

“Konyaspor” – “Antalyaspor” 1:1
Qollar: El Kabir, 44 (0:1), Bajiç, 59 (1:1)

“Qalatasaray” – “Kayserispor” 1:2
Qollar: Mabiala, 29 (0:1), Gülen, 45+4 (0:2), Derdiyok, 89

Qeyd edək ki, 20 turdan sonra “Beşiktaş” 44 xalla birinci, “Başakheşir” 42 xalla ikinci, “Qalatasaray” 39 xalla üçüncü, “Fənərbağça” isə 36 xalla dördüncü yeri tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru