“Qalatasaray” klubunun baş məşqçisi istefaya göndərilib

14-02-2017, 09:00           
“Qalatasaray” klubunun baş məşqçisi istefaya göndərilib
Türkiyənin “Qalatasaray” klubu baş məşqçi Yan Olde Rikerinklə yollarını ayırıb.
53 yaşlı holland mütəxəssis komandanın son vaxtlar uğursuz nəticələrinə görə istefaya göndərilib.
Bununla bağlı qərar klubun Direktorlar Şurası tərəfindən qəbul olunub. İstefa bu gün rəsmən açıqlanacaq.
Rikerink “Qalatasaray”ı ötən ilin martında qəbul edərək həmin çempionatı 6-cı yerdə bitirib və ölkə kubokunu qazanıb. Cari çempionatda 3-cü yerdə gedən komanda lider “Beşiktaş”dan 5 xal geri qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru