"Dinamo" Tiflisdəki rəzilliklə bağlı bəyanat yaydı

3-07-2015, 23:10           
"Dinamo" Tiflisdəki rəzilliklə bağlı bəyanat yaydı
Tiflisin "Dinamo" klubu "Qəbələ" ilə oyun zamanı və oyundan sonra baş verənlərə münasibət bildirib. Musavat.com xəbər verir ki, klub rəsmi "Facebook" səhifəsi vasitəsilə gürcücə və Azərbaycan türkcəsində bəyanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik:
"İlk növbədə qeyd etmək istəyirik ki, klub tam şəkildə dünən baş verən hadisədən peşmançılıq hissi keçirir və bu hadisə ilə razılaşmadığını bildirir. Dünənki hadisə zamanı fiziki təzyiq və daha sonra Gürcüstanın dostu olan ölkənin dövlət simvolikasının təhqirinə yol verildi.

Hadisə oyundan sonra Dinamo Arenadan kənarda baş verib və müvafiq olaraq – "Dinamo" (Tbilisi) təşkilatçi kimi bu fakt üzrə cavabdehliyi öz üzərinə götürə bilməz.

İkinci yarusda olan banerlərdən birinə gəldikdə isə, onun haqqında stadionun təhlükəsizlik xidməti operativ tədbirlər gördü və bu banerin tribunalardan uzaqlaşdırılması baş verdi.

Qeyd etmək istəyirik ki, oyunun rəsmi proqramında biz dəfələrlə qeyd etdik ki, "Dinamo" tarixində Azərbaycan futbolunun böyük dəyəri var və qonşu ölkənin komandası ilə rəqabət bizim üçün yüksək dərəcədə böyük şərəfdir.

Ümid edirik ki, oxşar faktlar iki dost ölkənin münasibətlərinə və onların idman keçmişinə, hazırki dövrünə və gələcəyinə maneəçilik törətməyəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.