“Fənərbaxça” klubunun prezidenti cəzalandırılıb

9-05-2017, 08:16           
“Fənərbaxça” klubunun prezidenti cəzalandırılıb
“Yaxın Doğu Universiteti” və “Fənərbaxça” basketbol klubları arasındakı oyun zamanı baş verən insidentlə əlaqədar “Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırım haqqında cəza tədbiri açıqlanıb.

APA-nın məlumatına görə, Türkiyə Basketbol Federasiyasının intizam komitəsi oyun zamanı protokol tribunasında baş vermiş hadisələri müzakirə edib. Müzakirələr nəticəsində “Fənərbaxça” prezidenti Aziz Yıldırımın 6 ay müddətinə diskvalifikasiya edilməsinə qərar verilib. O, həm də 40 min lirə cərimələnib.

“Yaxın Doğu Universiteti” basketbol komandasının prezidenti İşık Eyigüngör də 1 ay müddətinə diskvalifikasiya edilib və 7500 lirə cərimələnib.

Qeyd edək ki, basketbol qarşılaşmasından əvvəl “Fənərbaxça” və “Yaxın Doğu Universiteti” komandalarının prezidentləri arasında insident baş verib. “Fənərbaxça” prezidenti Aziz Yıldırım həmkarını şillə ilə vurub. Bunun ardınca hər iki prezident və onlarla birlikdə olan şəxslər arasında dava düşüb.

“Yaxın Doğu Universiteti” komandasının prezidenti Anadolu prokurorluğuna şikayət edib. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru