Futbolda tarixi rekord: 38-0

5-07-2015, 22:19           

Sakit okean hövzəsi ölkələrinin iştirakı ilə keçirilən futbol turnirində yeni rekord qeydə alınıb. Publika.az BBC-yə istinadən xəbər verir ki, Fici adalarının futbolçuları Mikroneziya komandasına 38:0 hesabı ilə qalib gələrək beynəlxalq futbol turnirlərinin ən məhsuldar nəticəsinə imza atıblar. Qollardan onunu bir futbolçu - Fici komandasının hücumçusu Atonio Tuyvuna vurub. Qeyd edək ki, indiyə qədər beynəlxalq futbol turnirlərinin ən məhsuldar qarşılaşması 2001-ci ildə keçirilən Avstraliya - Amerika Samoası komandalarının oyunu hesab olunurdu. Bu qarşılaşma avstraliyalıların 31:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. - See more at: http://axar.az/news/57217#sthash.0seGbxm0.dpuf












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.