İslamiada: Azərbaycan sərbəst güləşçiləri 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar - YENİLƏNİB-4
20-05-2017, 21:08
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Cəmaləddin Məhəmmədov qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 125 kq çəki dərəcəsindəki Məhəmmədov finalda qazaxıstanlı Daulet Şabanbaya qalib gəlib. Gərgin keçən görüşdə o,
Beləliklə, Azərbaycan sərbəst güləşçiləri İslamiadanı 4 qızıl, 2 gümüş, 1 bürünc medalla başa vurublar. Qızıl medallara Cəmaləddin Məhəmmədovdan əlavə, Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq) və Nurmaqomed Hacıyev (97 lq), gümüş medallara Məhəmməd Müslümov (65 kq) və Murtuzəli Müslümov (70 kq), bürünc medala isə Şərif Şərifov (86 kq) yiyələnib.
*** 19:05
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Şərif Şərifov bürünc medal qazanıb. "Report"un məlumatına görə, 86 kq çəki dərəcəsində yer alan olimpiya və dünya çempionu 3-cü yer uğrunda görüşdə tacikistanlı Baxodur Kodirova vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.
*** 18:49
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Murtuzəli Müslümov gümüş medal qazanıb.
"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində yer alan Müslümov finalda iranlı Mustafa Hüseynxaniyə uduzub. Hüseynxani vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.
*** 18:16
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Hacı Əliyev qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 61 kq çəki dərəcəsində yer alan 26 yaşlı idmançı həlledici görüşdə qırğızıstanlı Alibek Osmonovu vaxtından əvvəl tam üstünlüklə məğlub edib.
Bu, Azərbaycanın sərbəst güləş növündə üçüncü qızıl medalı olub.
*** 12:25
Azərbaycanın 3 sərbəst güləşçisi "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. "Report"un məlumatına görə, ikiqat dünya çempionu Hacı Əliyevlə yanaşı, Murtuzəli Müslümov (70 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) həlledici mərhələdə iştirak hüququna yiyələniblər.
Əvəzində olimpiya və dünya çempionu (86 kq) Şərif Şərifov yarımfinalda uduzub. O, bürünc medal uğrunda mübarizə aparacaq.
Sərbəst güləş
61 kq
FİNAL. Hacı Əliyev - Alibek Osmonov (Qırğızıstan) - vaxtından əvvəl tam üstünlüklə qələbə
1/2 final. Hacı Əliyev - Masud İsmailpur Cuybari (İran) - 8:1
1/4 final. Hacı Əliyev - Tociddin Xocayev - tam üstünlüklə qələbə
1/8 final. Hacı Əliyev - Saparmırat Muradov (Türkmənistan) - vaxtından əvvəl tam üstünlüklə qələbə
70 kq
FİNAL. Murtuzəli Müslümov - Mustafa Hüseynxani (İran) - iranlı güləşçi vaxtından əvvəl tam üstünlüklə qalib gəlib
1/2 final. Murtuzəli Müslümov - Ruslan Sadıbakasov (Qırğızıstan) - tam üstünlüklə qələbə
1/4 final. Murtuzəli Müslümov - Zafer Dama (Türkiyə) - 6:0
86 kq
Bürünc medal görüşü: Şərif Şərifov - Baxodur Kodirov (Tacikistan)
1/2 final. Şərif Şərifov - Hassan Yazdanişarati (İran) - rəqib tam üstünlüklə qalib gəlib
1/4 final. Şərif Şərifov - Muhammad İnam (Pakistan) - 11:4
1/8 final. Şərif Şərifov - Nazar Jabur Boosi əl-Müşəttat (İraq) - 10:0 (vaxtından əvvəl)
125 kq
FİNAL. Cəmaləddin Məhəmmədov - Daulet Şabanbay (Qazaxıstan)
1/2 final. Cəmaləddin Məhəmmədov - Komeyl Qasımi (İran) - 7:3
1/4 final. Cəmaləddin Məhəmmədov - Raja Alkrad (Suriya) - 10:0
Heydər Əliyev adına Arena