Videotəkrara baxdı, “qırmızı” göstərdi - DÇ

21-05-2017, 08:27           
Videotəkrara baxdı, “qırmızı” göstərdi - DÇ
Koreyada gənclər arasında keçirilən dünya çempionatının 1-ci turunda hakim videotəkrarın köməkliyindən istifadə edib.

Qol.az-ın xəbərinə görə, Argentina və İngiltərə komandaları arasındakı oyunda (0:3) Birləşmiş Ərəb Əmirliklərindən olan referi Məhəmməd Abdulla Həssən videotəkrara baxdıqdan sonra futbolçuya qırmızı vərəqə göstərib.

Argentinalı hücumçu Lautaro Martines rəqibə dirsəyi ilə zərbə endirib. Bu epizod hakimin gözündən qaçsa da, referi köməkçisinin yardımı ilə videotəkrara baxıb. Bu zaman hakim Martinesin qayda pozutusuna yol verdiyi qənaətinə gəlib və onu meydandan qovub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.