Türk bayrağını görən ermənilər çılğına döndülər VİDEO

4-04-2015, 15:34           
Türk bayrağını görən ermənilər çılğına döndülər VİDEO Teref. info Türkiyə mediasına istinadən xəbər verir ki, Albaniya millisi ilə Ermənistan millisinin qarşılaşmasında oyunun axırlarına yaxın Albaniya millisinin qələbəsinə sevinən alban azərkeşləri Türkiyə bayraqları qaldırıblar. Buna erməni azərkeşlər hiddətləniblər.

Matçda ilk qolu ermənilər vurublar. Albanlar bir qədər sonra bərabərlik topu vurublar. Oyunun axırlarına yaxın Şkelzen Haşi 2- ci topu vurandan sonra alban azərkeşləri türk bayrağını qaldırıblar.

Mayçda olan erməni azərkeşləri aranı qarışdırmaq istəyiblər. Lakin polis onlara imkan verməyib.

Beləliklə Albaniya millisi 2-1 hesabı ilə qalib gəlib.

Ermənilər bütn seçmə oyunlarda cəmi 1 xal qazanıblar.

[media=https://www.youtube.com/watch?v=MNkZezPiFxY]













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru